“Mən yaxşıyam!” – “Barselona”nın Fatisi danışdı

22 Oktyabr 2022 15:40 İspaniya 884
“Mən yaxşıyam!” – “Barselona”nın Fatisi danışdı

“Barselona”nın hücumameylli yarımmüdafiəçisi Ansu Fati zədədən sonrakı vəziyyəti haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, özünü yaxşı hiss etdiyini deyib:

“Mənim zədələrim? Bu keçmişdə qalıb. İndi özümü yaxşı hiss edirəm. Mən yaxşıyam!”

Keçən mövsüm dizindən zədə alan Fati uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

Bu mövsüm ispaniyalı futbolçunun hesabında 3 qol və 3 məhsuldar ötürmə var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR