Xavini inandırıb ki...

22 Oktyabr 2022 01:40 İspaniya 641
Xavini inandırıb ki...

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 10-cu turunun “Vilyarreal”la oyunundan (3:0) sonra niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun oyunu haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, de Yonqun yaxşı oyun göstərdiyini deyib:

“O, məni bu komandanın yarımmüdafiəsinin mərkəzində oynamalı olduğuna inandırdı. Çox yaxşı idi və mən onun üçün xoşbəxtəm”.

25 yaşlı futbolçu son matçda 70 dəqiqə meydanda olub. De Yonq bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 1 qol vurub.

“Barsa” 10 oyundan sonra 25 xalla İspaniya La Liqasında ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR