“Qələbəni onun ailəsinə həsr etmək istəyirdik, amma olmadı”

22 Oktyabr 2022 00:10 İspaniya 631
“Qələbəni onun ailəsinə həsr etmək istəyirdik, amma olmadı”

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri La Liqanın son turunda “Barselona”ya 0:3 hesabı ilə məğlub olduqları oyundan danışıb və klubun keçmiş vitse-prezidenti Xose Manuel Llanesin ölümü ilə bağlı fikirlərini bölüşüb

Sportinfo.az xəbər verir ki, o, başlarını dik tutaraq, oyunu bitirdiklərini deyib:

“Mən Xose Manuelin xatirəsini yaşatmaq istəyirəm, çünki o, bizim futbol layihəmizə illər əvvəl başlamışdı.

Qələbəni onun ailəsinə həsr etmək istəyirdik, amma olmadı. Oyun bitdi və indi diqqətimizi bazar günü “Almeriya” ilə matça yönəltməliyik.

“Barselona”nın təhlükəli olduğunu bilirdik. Onlar daha səmərəli olduqlarını sübut etdilər.

Bilirdik ki, 0:1 hesabı ilə davam etməliyik, çünki onlar ikinci qol vursalar, daha çətin olacaq.

Edə bilmədik, amma başımızı dik tutaraq, oyunu bitirdik. Bilirdik ki, onlar “Real”a uduzduqdan sonra bu oyun üçün hər şeylərini verəcəklər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR