İspaniya millisinin heyəti nə vaxt açıqlanacaq? - DÇ-2022 üçün

21 Oktyabr 2022 01:40 İspaniya 535
İspaniya millisinin heyəti nə vaxt açıqlanacaq? - DÇ-2022 üçün

İspaniya yığmasının baş məşqçisi Luis Enrike noyabrın 11-də DÇ-2022 üçün heyəti açıqlayacaq.

Sportinf.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Siyahıya 26-ya qədər futbolçu daxil ediləcək. İspaniya millisi noyabrın 17-də Qətərin “El Tumama” stadionunda İordaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İspaniya millisinin E qrupundakı rəqibləri Almaniya, Yaponiya və Kosta Rikadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR