“Telefonum dəstək mesajları ilə partlayır, sanki qohumlarımdan biri ölüb”

21 Oktyabr 2022 00:10 İspaniya 673
“Telefonum dəstək mesajları ilə partlayır, sanki qohumlarımdan biri ölüb”

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun uğursuz nəticələri fonunda ona göstərilən dəstəkdən danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis çox dəstək mesajı aldığını deyib:

“Telefonum dəstək mesajları ilə partlayır, sanki qohumlarımdan biri ölüb”.

“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlində lider “Real”dan 3 xal geri qalır.

Çempionlar Liqasında Xavinin komandası C qrupunun üçüncü pilləsində qərarlaşıb və pley-off mərhələsinə yüksəlməmək riski ilə üzləşib.

“Barselona” son 4 qarşılaşmada bir qələbə, iki məğlubiyyət və bir heç-heçə əldə edib. Komanda son oyunda “el klasiko”da “Real”a uduzub (1:3).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR