Üç xalı üç qolla qazandı, daha üç qolu ləğv edildi – “Real”dan VİDEO

20 Oktyabr 2022 18:20 İspaniya 781
Üç xalı üç qolla qazandı, daha üç qolu ləğv edildi – “Real”dan VİDEO

Sportinfo.az xəbər verir ki, İspaniya çempionatında 10-cu tur çərçivəsində Madrid “Real”ı “Elçe”nin qonağı olub.

Artıq oyunun 6-cı dəqiqəsində fərqlənməyi bacaram Kərim Benzema “Qızıl Top”un sahibi kimi ilk qoluna imza atsa da, ofsayt səbəbilə qol ləğv edilib.

Oyunçunun daha bir qolu “VAR-ın qurbanı” olub. Matç ərzində paytaxt klubunun toplam üç qolu analoji aqibətlə üzləşib.

Lakin inadkar Kərim oyunun gedişində istəyinə çataraq adını tabloya yazdırmağı bacarıb.

Çempionatın liderilə autsayderi arasındakı görüşün yekun nəticəsinə gəlincə, proqnozlaşdırıldığı kimi, qarşılaşma qonaqların böyük üstünlüyü ilə başa çatıb - 0:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti