"Barselona"nın transfer siyahısında - Azad agent olacaq oyunçular

19 Oktyabr 2022 01:30 İspaniya 742
"Barselona"nın transfer siyahısında - Azad agent olacaq oyunçular

"Barselona" indidən yay transfer pəncərəsi üçün planlar qurmağa başlayıb.

Sportinfo.az xəbər verir ki, klub böyük məbləğlər xərcləyə bilməyəcəyini başa düşür .

Bu səbəbdən Kataloniya təmsilçisi bütün diqqətini azad agent statusu alacaq futbolçuların transferinə yönəltmək qərarına gəlib.

Bildirilib ki, "Barselona" müqaviləsi gələn ilin yayı başa çatan 8 oyunçudan ibarət qısa siyahı hazırlayıb.

Onların arasında Marko Asensio ("Real"), Nqolo Kante və Jorjinyo (hər ikisi "Çelsi"), İniqo Martines ("Atletik" Bilbao), Milan Şkrinyar ("İnter") və Lionel Messi (PSJ) də yer alıb.

Bildirilir ki, Messinin transferi əsas hədəfdir. Klub onu geri qaytarmaqda israrlıdır. Bu, “Barselona” prezidenti Joan Laportanın arzusudur.

Messi ötən ilin yayında Kataloniya təmsilçisindən azad agent kimi ayrılıb və PSJ-yə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR