“Barselona” ilə razılığa gəldi - “Atletik”in müdafiəçisi

19 Oktyabr 2022 00:00 İspaniya 760
“Barselona” ilə razılığa gəldi - “Atletik”in müdafiəçisi

“Atletik”in müdafiəçisi İniqo Martinez 2023-cü ilin yayında azad agent kimi komandaya qoşulmaq üçün “Barselona” ilə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Daha əvvəl Kataloniya klubunun yay transfer pəncərəsində 31 yaşlı futbolçu üçün 20 milyon avro təklif etdiyi, lakin rədd edildiyi bildirilirdi.

Yanvar ayında “Atletik”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Martinez “Barselona” ilə ilkin müqavilə imzalaya və gələn yay azad agent kimi komandaya qoşula biləcək.

Martinez bu mövsüm dizindən aldığı zədə səbəbindən La Liqa oyunlarında meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR