"Real" Kərimlə razılığa gəldi – 2 illik yeni müqavilə üçün

18 Oktyabr 2022 01:40 İspaniya 702
"Real" Kərimlə razılığa gəldi – 2 illik yeni müqavilə üçün

"Real" yaxın vaxtlarda Kərim Benzema ilə müqaviləsini yeniləyəcək.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi artıq 34 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üçün razılaşıb.

Tərəflər yaxında 2024-cü ilin yayınadək müqavilə imzalayacaqlar. Benzemanın hazırkı sözləşməsi isə 2023-cü ilin yayına qədərdir.

Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 1 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR