“Bu, mənim günahımdır” - “El klasiko”da uduzan Xavi:

17 Oktyabr 2022 22:00 İspaniya 615
“Bu, mənim günahımdır” - “El klasiko”da uduzan Xavi:

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 9-cu turunun matçında “Real”a məğlubiyyəti (1:3) şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bütün günahların özündə olduğunu deyib:

“Biz pis dövrdəyik, amma çalışırıq. İnancımız, özümüzə hörmətimiz var. “Real”la matç liderlikdə qalmaq üçün fürsət idi, amma biz əliboş ayrılırıq.

Bizim şanslarımız var idi, lakin onlardan yararlana bilmədik və “Real” çox yaxşı müdafiə olundu.

İlk hissədə pis oynadığımızı düşünmürəm. Mənə elə gəlir ki, şansımız var idi. İkinci hissədə çox yaxşı oynadıq.

Sonra isə gücümüz çatmadı. Bu matçlarda qalib gəlmək istəyiriksə, mentaliteti dəyişməliyik. Ləyaqətlə oynadıq, amma bu, kifayət deyil.

Mən barmaqlarımı oyunçulara tuşlamıram. Hər şeyə mən cavabdehəm. Bu, mənim günahımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR