"Yuventus" 100 milyon tələb etdi, "Barselona" fikrini dəyişdi

29 İyun 2022 15:40 İspaniya 535
"Yuventus" 100 milyon tələb etdi, "Barselona" fikrini dəyişdi

"Barselona" "Yuventus"un futbolçusu Matteyis de Liqti transfer etməklə bağlı fikrini dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Kataloniya təmsilçisi əvvəlcə 22 yaşlı hücumçunu almaq istəsə də, sonradan fikrindən daşınıb. "Yuventus" De Liqt üçün 100 milyon avro tələb edir.

Bu isə "Baselona"nın rəhbərliyinin transferdən imtina etməsi ilə nəticələnib.

De Liqt geridə qalan mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti