Təsdiqlədi: “Real”dan ayrılır

23 May 2022 12:00 İspaniya 702
Təsdiqlədi: “Real”dan ayrılır

“Real”ın baş məşqçisi Karlo Ançelotti İskonun mövsümün sonunda komandadan ayrılacağını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Ançelotti İspaniya çempionatının 38-ci turunun “Betis”lə oyunundan (0:0) sonra bu barədə “Goal”-a açıqlamasında deyib:

“İskonun “Real”dakı karyerası başa çatıb və bu, əla karyera idi”.

İsko 2013-cü ilin iyulunda “Real” keçib. O, 2021/22 mövsümündə komandanın heyətində 17 oyunda 2 qol vurub.

30 yaşlı ispaniyalı futbolçunun “Real”la müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti