"Real"dan yeni təklif aldı, vaxt istədi – Düşünmək üçün

20 May 2022 10:00 İspaniya 636
"Real"dan yeni təklif aldı, vaxt istədi – Düşünmək üçün

“Real” yarımmüdafiəçisi Toni Kroosla müqavilə müddətini uzada bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun rəhbərliyi alman yarımmüdafiəçiyə müqaviləni 2024-cü ilə qədər uzatmağı təklif etsə də, o, düşünmək üçün vaxt istəyib.

32 yaşlı futbolçu növbəti mövsümdə hansı vəziyyətdə olacağını görmək istəyir. O, yalnız bundan sonra Madrid klubundakı gələcəyi ilə bağlı qərar verəcək.

Xəbərdə bildirilir ki, alman futbolçu Madrid həyatını sevir, “Real”ın baş məşqçisi Karlo Ançelotti isə onu əvəzolunmaz oyunçu hesab edir.

Kroos 2014-cü ilin iyulundan “Real”da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı