“Biz hələ qərar verməmişik, nəyə ehtiyacımız olduğunu bilirik"

17 May 2022 12:00 İspaniya 1 051
“Biz hələ qərar verməmişik, nəyə ehtiyacımız olduğunu bilirik"

“Barselona”nın idman direktoru Mateu Alemani yarımmüdafiəçi Frenki de Yonqun gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi hələlik de Yonqla bağlı qərar vermədiklərini bildirib:

“Biz hələ Frenki de Yonqla bağlı qərar verməmişik. O, bizim üçün çox vacibdir. Biz nəyə ehtiyacımız olduğunu bilirik, lakin maliyyə məsələlərində ədalətli oyun prinsiplərini rəhbər tuturuq”.

Daha əvvəl “Mançester Yunayted”in de Yonqla maraqlandığı haqda xəbərlər yayılmışdı.

Niderlandlı yarımmüdafiəçi cari mövsümdə “Barselona”nın heyətində 45 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Onun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR