“Deməyə ehtiyac yoxdur, mən buarada qalıram, narahat olmayın”

16 May 2022 15:20 İspaniya 399
“Deməyə ehtiyac yoxdur, mən buarada qalıram, narahat olmayın”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandada qalacağını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, argentinalı məşqçi komandada qalacağını və narahatlığa ehtiyac olmadığını deyib:

“Deməyə ehtiyac yoxdur, mən “Atletiko”nu çalışdırmağa davam edəcəm. Narahat olmayın”.

“Atletiko” rəhbərliyi başqa məşqçilərlə danışıqlar aparmayıb. Onlar Simeoneni komandanın bu günü və gələcəyi hesab edirlər.

52 yaşlı Simeone 2011-ci ilin dekabrından Madrid komandasına rəhbərlik edir.

Argentinalı mütəxəssis “Atletiko” ilə iki İspaniya çempionluğu, ölkə kuboku və superkubok, iki Avropa Liqası və iki UEFA superkuboku qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti