“Barselona”nın təklif etdiyi şərtlərlə razılaşdı - Levandovski

15 May 2022 21:40 İspaniya 562
“Barselona”nın təklif etdiyi şərtlərlə razılaşdı - Levandovski

“Bavariya"nın hücumçusu Robert Levandovski “Barselona”ya keçmək istəyir.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı polşalı futbolçunun meneceri Pini Zahavi onun Münhen klubundan getməsində israr edəcək.

“Barselona” hələlik “Bavariya" ilə əlaqə saxlamayıb. Levandovski özü “Barselona”nın 2025-ci ilə qədər müqavilə bağlamaq təklifini qəbul etməyə hazırdır.

Levandovski cari mövsümdə “Bayern”in heyətində 46 oyunda 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti