"33 yaşı var, "Barselona" veteranlarla müqavilə imzalayacaq?"

15 May 2022 00:10 İspaniya 411
"33 yaşı var, "Barselona" veteranlarla müqavilə imzalayacaq?"

"Barselona"nın baş məşqçisi Xavi "Bavariya"nın futbolçusu Robert Levandovskini transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, polşalı oyunçunu və digər yaşı çox olan futbolçuları Kataloniya təmsilçisinə dəvət etməyə hazı olduğunu deyib:

"Robert Levandovskinin 33 yaşı var. "Barselona" veteranlarla müqavilə imzalayacaq? Mən Dani Alveslə 38 yaşında olanda müqavilə imzaladım.

Söhbət yaşla bağlı deyil, oyundan gedir. Futbolçular özlərinə belə ciddi yanaşırlar, ildən-ilə daha da peşəkarlaşırlar.

İbrahimoviç, Modriç, Dani Alves ... Onların hamısı böyük klublarda yaxşı çıxış edirlər. Ronaldo və Messi də.

Yaş prioritet deyil. Futbolçunun bizi yaxşılaşdırıb-yaxşılaşdırmayacağı önəmlidir”.

Digər Xəbərlər
Xəbər Lenti