"Real" Kərimlə 2 illik yeni müqavilə imzalamağa hazırlaşır

14 May 2022 01:40 İspaniya 377
"Real" Kərimlə 2 illik yeni müqavilə imzalamağa hazırlaşır

“Real”ın hücumçusu Kərim Benzema tezliklə klubla yeni müqavilə imzalaya bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu” 34 yaşlı fransalıya 2024-cü ilə qədər nəzərdə tutulan yeni müqavilə hazırlayır.

Benzemanın “Real”la hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.

Benzema bu mövsüm bütün turnirlərdə 44 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!