“Barselona” 100 milyon avroya satmağa hazırdır - Frenki de Yonqu

12 May 2022 21:40 İspaniya 464
“Barselona” 100 milyon avroya satmağa hazırdır - Frenki de Yonqu

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqu 100 milyon avroya satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” 70-80 milyon avro ödəməklə, yarımmüdafiəçini almaq istəyir.

Futbolçu özü Kataloniya klubunda qalmaq istəyir. Lakin niderlandlı futbolçunun transferi maliyyə çətinliyi ilə üzləşən Kataloniya klubuna yardım edə bilər.

De Yonqun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti