Neymar “Barsa”ya qayıtmağın əleyhinə deyil - Atası, Alves və...

10 May 2022 18:40 İspaniya 810
Neymar “Barsa”ya qayıtmağın əleyhinə deyil - Atası, Alves və...

PSJ-in hücumçusu Neymar Barselonada görünüb.

Sportinfo.az xəbər verir ki, Neymar Barselona restoranlarından birində atası ilə şam edib.

Şam yeməyində hücumçunun dostları da olub. O cümlədən, “Barsa”nın futbolçusu Dani Alves də şam yeməyində olub.

Neymar PSJ-yə 2017-ci ildə “Barselona”dan keçib. O, bir neçə dəfə bildirib ki, “Barsa”ya qayıtmağın əleyhinə deyil.

Neymar 2013-2017-ci illərdə Kataloniya klubunda çıxış edib. O, 186 matçda 105 qol vurub və 76 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!