"O, qələbələrdən sonra da, məğlubiyyətlərdən sonra da eyni cür davranır”

9 May 2022 18:20 İspaniya 819
"O, qələbələrdən sonra da, məğlubiyyətlərdən sonra da eyni cür davranır”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 35-ci turunda “Real”a qalib gəldikləri oyundan sonra (1:0) rəqibin çalışdırıcısı Karlo Ançelottini tərifləyib.

Sportinfo.az xəbər verir ki, o, Ançelottiyə heyran olduğunu deyib:

“Matçın sonunda digər məşqçiləri də salamladım. Məsələn, Bordalas və Marselinonu. Mən Ançelottinin şəxsiyyətinə heyranam.

O, qələbələrdən sonra da, məğlubiyyətlərdən sonra da eyni cür davranır”.

“Atletiko” La Liqada 64 xal toplayıb və turnir cədvəlində Çempionlar Liqasında iştiraka zəmanət verən dördüncü yeri tutmaqda davam edir. Sona üç tur qalmış beşinci sırada “Betis” (58 xal) qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR