"Atletiko" Madrid derbisində "Real"a qalib gəldi - VİDEO

9 May 2022 01:30 İspaniya 963
"Atletiko" Madrid derbisində "Real"a qalib gəldi - VİDEO

La Liqanın 36-cı turunda Madrid derbisi keçirilib.

Sportinfo.az xəbər verir ki, "Atletiko" çempionluğu təmin edən "Real"ı qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xalını 64-ə yüksəldən "Atletiko" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Çempion "Real"ın 81 var. "Barselona"nın 69 xalla 2-ci, "Sevilya" 65 xalla 3-cüdür.

"Atletiko" - "Real" - 1:0
Qol:
Karrasko, 40-pen

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR