"Hər şey yaxşı getsə, dəli olmasam, 80 yaşıma qədər burada qalacam"

7 May 2022 18:20 İspaniya 855
"Hər şey yaxşı getsə, dəli olmasam, 80 yaşıma qədər burada qalacam"

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis 80 yaşına qədər Madrid təmsilçisini çalışdıra biləcəyini deyib:

“Hər şey yaxşı getsə, dəli olmasam, 80 yaşıma qədər burada qalacam. “Real”dan ayrılsam, məşqçi karyeramı bitirə bilərəm.

Çünki bundan yaxşı klub tapmaq asan olmayacaq. Görək, “Real” məndən bezəndə nə baş verəcək. Amma hələ görəcəyim çox iş var”.

Ançelotti ötən ilin iyun ayında “kral klubu” ilə 3 illik müqavilə imzalayıb. O, 2013-15-ci illərdə də bu komandanı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR