Messidən "Real"ın qələbəsinə maraqlı REAKSİYA - "Özümü yaxşı hiss etmirəm"

5 May 2022 18:20 İspaniya 678
Messidən "Real"ın qələbəsinə maraqlı REAKSİYA - "Özümü yaxşı hiss etmirəm"

Argentina millisinin və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero həmyerlisi Lionel Messinin dünən "Real"ın Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab oyununda geridönüşünə necə reaksiya verdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yarımfinalın ilk oyununda “Mançester Siti”yə 3:4 hesabı ilə uduzan “Real” ikinci görüşün 90-cı dəqiqəsində hesabda 0:1 geridə olsa da, iki dəqiqə ərzində iki dəfə fərqlənib. Əlavə vaxtda Kərim Benzema penaltidən fərqlənib və komanda finala çıxıb.

Aquero "Youtube" kanalında matçı keçmiş komanda yoldaşı Carlos Teveslə birlikdə şərh edib və həminvaxt Messidən mesaj aldığını etiraf edib. PSJ-nin hücumçusu Lionel “Real"ın göstərdiyi əzmkarlığa inana bilməyib: "Cəfəngiyyatı saxlayın! Burada nə baş verir? Mən həqiqətən buna inana bilmirəm. Özümü yaxşı hiss etmirəm” - deyə Messi Aqueroya yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR