"Barselona" bu alqı-satqı üçün 70 milyon avro tələb edir

5 May 2022 10:00 İspaniya 573
"Barselona" bu alqı-satqı üçün 70 milyon avro tələb edir

“Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.

Sportinfo.az xəbər verir ki, Turin klubu niderlandlı yarımmüdafiəçini oyunçularından biri ilə dəyişmək istəyir.

Lakin katalonlar buna qarşıdır və Frenki de Yonq üçün 70 milyon avro tələb edirlər.

Amma “Yuventus” belə bir məbləği ödəməyə hazır deyil. Çünki turinlilər bir müddət əvvəl “Fiorentina”dan Duşan Vlahoviçin transferinə kifayət qədər pul xərcləyib.

Müqaviləyə mane olan digər məqam Frenki De Yonqun “Barselona”da aldığı maaşdır. Bu, “Yuventus”un maaş limiti olaraq təyin etdiyi illik 7 milyon avronu aşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR