“Barselona”nın hücumçusu Premyer Liqa klublarının gündəmində

4 May 2022 10:00 İspaniya 600
“Barselona”nın hücumçusu Premyer Liqa klublarının gündəmində

“Barselona”nın hücumçusu Memfis Depay karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, niderlandlı forvard Premyer Liqa klublarının hədəfindədir.

Lakin 28 yaşlı oyunçunun transferi ilə bağlı danışıqlar başlamayıb.

Depay Kataloniya klubunda qalmaq arzusundadır. Lakin o, müntəzəm olaraq əsas heyətdə oynamaq istəyir. Hücum xəttindəki rəqabəti nəzərə alan “Barselona” rəhbərliyi yayda futbolçunun satılmasına qarşı deyil.

Depay bu mövsüm bütün turnirlərdə 34 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR