Paytaxt klubu ilə 4 illik müqavilə ona 44 milyon avro qazandıracaq

3 May 2022 15:20 İspaniya 1 463
Paytaxt klubu ilə 4 illik müqavilə ona 44 milyon avro qazandıracaq

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdigerlə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, tərəflər yaxın vaxtlarda 4 illik müqavilə imzalandığını elan edəcəklər.

Artıq klublar müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər.

29 yaşlı almaniyalı futbolçunun Madrid klubunda ildə 9 milyon avro alacağı bildirilir.

Rüdiger həm də 8 milyon imza bonusu alacaq – müqavilənin hər ili üçün ona 2 milyon ödəniləcək. Beləliklə, ümumilikdə almaniyalı müdafiəçi “Real”da 44 milyon avro qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR