“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq baş məşqçi Xavi ilə şəxsi söhbətindən danışıb.
Sportinfo.az xəbər verir ki, niderlandlı Xavinin ona inandığını bildirib:
“Baş məşqçimizlə əla söhbətimiz oldu. Xavi dedi ki, o, mənə arxayındır, güvənir.
O, məndən razı olduqlarını bildirdi. Futbolçuya təzyiq olması normaldır. Bu, yaxşı nəticə əldə etmək üçün lazımdır”.
Daha əvvəl “Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haqın niderlandlı futbolçunun transferində maraqlı olduğu bildirilirdi.
De Yonq bu mövsüm La Liqada 28 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

