“Qələbəni elə bayram edirdilər ki, sanki onlar çempion olub”

2 May 2022 22:00 İspaniya 944
“Qələbəni elə bayram edirdilər ki, sanki onlar çempion olub”

"Real"ın qapıçısı Tibo Kurtua komandasının çempionluğu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, belçikalı kiper mövsüm sonu baş çatmamış əldə edilən uğur barədə bunları deyib:

"El Klassiko"dan sonra "Barselona" oyunçuları qələbəni elə bayram edirdi ki, sanki onlar çempion olub. Amma biz sakit idik və "Selta", "Xetafe" görüşlərini qalib başa vurmağı fikirləşirdik.

Titulu qazanmaq bizim üçün önəmli idi. Dostlar, ailə, fanatlar da daxil olmaqla hamımız buna hazırlaşırdıq.

"Espanyol"a uduzmalı deyildik. Biz əla mövsüm keçirdik. Mövsümü Çempionlar Liqasını qazanmaqla başa vurmaq istəyirdik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR