İngiltərə nəhənginin hədəfində - “Barselona”nın yarımmüdafiəçisi

30 Aprel 2022 01:30 İspaniya 893
İngiltərə nəhənginin hədəfində - “Barselona”nın yarımmüdafiəçisi

Frenki de Yonq “Mançester Siti”yə keçə bilər.

Sportinfo.az xəbər verir ki, “Mançester Siti” bu yay “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyi planlaşdırır.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola de Yonqu komandasında görmək istəyir. O, 24 yaşlı futbolçunu komandadan ayrılmaq üzrə olan Fernandinyoya alternativ olaraq görür.

De Yonq bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR