“Barselona”dan ayrılmaq istəyir - Tez-tez dəyişdirilməsindən narazıdır

29 Aprel 2022 10:20 İspaniya 1 154
“Barselona”dan ayrılmaq istəyir - Tez-tez dəyişdirilməsindən narazıdır

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundan ayrılmağı düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə “Barselona”nın heyətində 33 matçdan 26-da forma geyinib. Lakin xəbərdə bildirilir ki, niderlandlı oyun zamanı tez-tez dəyişdirilməsindən narazıdır.

La Liqanın son turunun “Rayo Valyekano” ilə oyununda (0:1) baş məşqçi Xavi artıq görüşün 60-cı dəqiqəsində Frenki de Yonqu əvəzləyib.

Yarımmüdafiəçi bundan narazılığını gizlətməyib və birbaşa paltardəyişmə otağına yollanıb. 24 yaşlı futbolçu ilə “Bavariya” və PSJ yaxından maraqlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR