Agentə müqavilə şərtlərini təqdim etdi – “Barselona” 

28 Aprel 2022 15:40 İspaniya 589
Agentə müqavilə şərtlərini təqdim etdi – “Barselona” 

"Barselona"nın direktoru Mateu Alemani "Bavariya"nın hücumçusu Robert Levandovskinin agenti ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, Alemani Kataloniya klubunun polşalı hücumçuya təklif edə biləcəyi müqavilə şərtlərini Levandovskinin agentinə təhvil verib.

"Barselona"nın Levandovskiyə iki mövsümlük müqavilə təklif etdiyi və oyunçu istəsə, müqavilənin daha bir il uzadıla biləcəyi bildirilir.

"Barsa" Levandovskinin transferi üçün "Bavariya"ya 35 milyon avro ödəməyə hazırdır. 33 yaşlı Levandovski Almaniya komandasına 2014-cü ildə qoşulub.

Bu mövsüm hücumçu bütün turnirlərdə 43 matçda 48 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR