"Satmaq fikrində deyilik”

26 Aprel 2022 10:00 İspaniya 847
"Satmaq fikrində deyilik”

“Barselona”nın prezidentinin müşaviri Jordi Kroyff yarımmüdafiəçi Frenki de Yonqun Kataloniya komandasındakı perspektivlərini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Kroyff niderlandlı futbolçunu satmaq fikrində olmadıqlarını bildirib:

“Biz Frenki de Jonqu satmaq fikrində deyilik. “Barselona” klubu onu çox yüksək qiymətləndirir”.

Daha əvvəl 24 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted”in maraqlı olduğu bildirilib.

De Yonq 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.

Niderlandlı yarımmüdafiəçi bu mövsüm La Liqada 27 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR