"Real"ın hücumçusu Qaret Beyl karyerasını İspaniyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, onunla Madrid "Atletiko”su maraqlanır.
Tərəflər arasında danışıqların getdiyi bildirilir.
32 yaşlı uelsli futbolçu mövsümün sonunda “Real”ı tərk edəcək. O, komandadan azad agent kimi ayrılacaq. Deməli, “Atletiko” onu havayı əldə edəcək.
Ona görə də “hindular”ın rəhbərliyi Beylin transferinə maraq göstərirlər. Məlumata görə, Qaretin istədiyi məvacib “Atletiko” rəhbərliyini qane etmir.
Əgər uelsli bu məsələdə güzəştə getsə, müqavilənin bağlanması ehtimalı böyükdür.

