Baş hakim oyunu 14 dəqiqə uzatdı, "Barselona"nın uduzdu - VİDEO

25 Aprel 2022 10:00 İspaniya 737
Baş hakim oyunu 14 dəqiqə uzatdı, "Barselona"nın uduzdu - VİDEO

"Barselona" İspaniya La Liqasının XXI turundan təxirə salınmış görüşdə "Rayo Valyekano"nu qəbul edib.

Sportinfo.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 7-ci dəqiqədə Alvaro Qarsiya vurub. Qarşılaşmanın baş hakimi İsidro Dias de Mera matça 14 dəqiqə əlavə edib.

Bu məğlubiyyətdən sonra 33 oyuna 63 xalla 2-ci yerdə gedir. "Rayo Valyekano" 40 xalla 11-cidir. Turnir cədvəlinə 78 xalla "Real Madrid" başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR