Simeone Suaresin yerinə onu transfer etmək istəyir

24 Aprel 2022 15:20 İspaniya 640
Simeone Suaresin yerinə onu transfer etmək istəyir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda komandadan ayrılacağı ehtimal edilən hücumçu Luis Suaresin yerinə gələcək futbolçu ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, argentinalı baş məşqçi həmyerlisi, “İnter”in hücumçusu Lautaro Martinesi komandasında görmək istəyir.

Milan klubu 24 yaşlı futbolçu üçün ən azı 80 milyon avro tələb edir.

İspaniyanın digər klubu “Barselona”nın da Lautaro ilə maraqlandığı deyilir.

Martines bu mövsüm 41 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR