“Barselona”da Romario, Ronaldo və İbrahimoviçi təkrarladı

22 Aprel 2022 18:20 İspaniya 622
“Barselona”da Romario, Ronaldo və İbrahimoviçi təkrarladı

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq Romario (1993), Ronaldo (1996) və Zlatan İbrahimoviçin (2010) nəticəsini təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, o, “Barselona”nın heyətində La Liqada meydana çıxdığı ilk 11 oyunda 9 qol vurub və klub tarixində bu nailiyyəti əldə edən dördüncü oyunçu olub.

“Barsa” İspaniya çempionatının 33-cü turunda "Real Sosyedad"ı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu 11-ci dəqiqədə Obameyanq vurub.

Qabonlu hücumçu qış transfer pəncərəsinin son günündə “Barselona” ilə müqavilə imzalayıb. O, “Arsenal”ı azad agent statusu ilə tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR