"Nə qədər ki, şans var, ümid də var, hər şey mümkündür"

21 Aprel 2022 12:00 İspaniya 687
"Nə qədər ki, şans var, ümid də var, hər şey mümkündür"

“Barselona”nın prezidenti Xuan Laporta komandanın La Liqadakı hədəfləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri təslim olmayacaqlarını bildirib:

“Vəziyyət gözlədiyimizdən fərqlidir, ilk növbədə mənim üçün. Amma nə qədər ki, şans var, ümid də var. Riyazi olaraq hər şey mümkündür.

Ən yaxşı nəticəni əldə etmək üçün finala bərabər yeddi oyunda mübarizə aparmalıyıq. Biz təslim olmamalıyıq, amma çempionluğu qazanmaq çətin olacaq.

Düşünməliyik ki, yeddi final oyunumuz var və Çempionlar Liqasına düşmək üçün onları qazanmalıyıq”.

“Barselona” İspaniya Liqasının cari mövsümündə 31 oyundan sonra 60 xal toplayıb. Komanda qalan oyunlarda “Real Sosyedad”, “Rayo Valyekano”, “Malyorka”, “Betis”, “Selta”, “Xetafe” və “Vilyarreal”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR