“Real”ın sabiq yarımmüdafiəçisi Quti Serxio Ramosun PSJ-yə getməsi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, Quti Ramosun səhvə yol verdiyini deyib:
“Ramos bilir ki, “Real”la danışıqları uzatmaqla səhvə yol verib. O elə bilirdi ki, Florentino Peres onun bütün istəklərini yerinə yetirəcək.
Amma Peres üçün “Real”ın mənafeyinin hər şeydən üstün olduğunu başa düşmürdü.
Müəyyən yaşa çatdıqdan sonra “Real”da futbolçularla müqavilə bir il müddətinə uzadılır. Lakin Serxio bununla razılaşmadı.
İndi isə getdiyi üçün peşmandır, O, karyerasını bu klubda başa vura bilərdi, lakin fürsətdən istifadə etmədi. Arxa qapıdan getdi”.

