Həkimlərdən rəhbərliyə şikayət etdi - “Barsa”nın hücumçusu 

19 Aprel 2022 18:49 İspaniya 625
Həkimlərdən rəhbərliyə şikayət etdi - “Barsa”nın hücumçusu 

"Barselona"nın hücumçusu Ansu Fati klubun həkimlərindən narazıdır.

Sportinfo.az xəbər verir ki, Fati yanvarda "Atletik"lə oyunda zədələnib. Həkimlər isə ona əməliyyat olunmağı məsləhət görüblər.

Ancaq o, əməliyyatdan imtina edib. Futbolçu və ailəsi Ansunun əməliyyat olunmasını istəyən klubun müxtəlif nümayəndələri, o cümlədən baş məşqçi Xavi və doktor Rikard Pruna ilə görüşüb.

Bununla belə, 19 yaşlı hücumçu sonda konservativ müalicəyə üstünlük verib.

İndi oyunçu artıq sağalıb. Əməliyyat olunacağı təqdirdə isə daha çox vaxt itirməli olacaqdı. Ona görə də, futbolçu ona “əməliyyat olun” təklifini verən həkimlərdən narazı olduğunu rəhbərliyə çatdırıb.

İspaniya çempionatının cari mövsümündə Fati 5 matçda iştirak edib və 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR