"Barselona"nın müdafiəçisi Jerar Pikeyə məxsus "Kosmos" şirkətinin İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə anlaşdığı haqda məlumat yayılıb.
Sportinfo.az xəbər verir ki, məlumata görə, Pikenin şirkəti İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında keçirilməsi üçün federasiyaya 24 milyon avro ödəyəcək.
Müdafiəçi bu xəbərə münasibət bildirib:
“Fəaliyyət göstərdiyimiz dünyanın cəmisi 10%-i bazara yararlıdır ki, bu da çox aşağı göstəricidir. Bu rəqəm 15 və ya 20% -ə qədər yüksələ bilər.
Bu, bütün agentliklərin arzuladığı rəqəmdir. Bizim təkcə Səudiyyə Ərəbistanı ilə deyil, ümumiyyətlə, Yaxın Şərqlə çox yaxşı əlaqələrimiz var.
Onlar rəsmi futbol tədbirinə ev sahibliyi etmək istədiklərini söylədilər və biz də Rubialeslə söhbət etmək qərarına gəldik ki, bəlkə Superkubok qarşılaşmasını orada təşkil etməkdə maraqlı olarlar.
Yarışın formatının dəyişdirilməsini də təklif etdik. Bu ideya prezidentin xoşuna gəldi və mən də hesab edirəm ki, uğurlu ola bilər.
Səs yazılarını götürüb öz xeyrinizə istifadə etməyi qanunsuz hesab edirəm. 2019-cu ildə artıq bu məlumat var idi. Həmin vaxt bu, heç kim üçün cəlbedici xəbər deyildi, amma nədənsə indi oldu”.

