Rüdigerə illik 10 milyon avroluq müqavilə təklif edir - “Real”

18 Aprel 2022 12:20 İspaniya 584
Rüdigerə illik 10 milyon avroluq müqavilə təklif edir - “Real”

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdiger üçün yeni təklif hazırlayır.

Sportinfo.az xəbər verir ki, “kral klubu” futbolçunu yay transfer pəncərəsində almaq istəyir.

“Real” Rüdigerə illik 10 milyon avroluq müqavilə təklif edir.

Almaniyalı müdafiəçi ilə “Barselona” da maraqlanır. Amma kataloniyalılar onunla maaş məsələsində razılaşa bilmirlər.

29 yaşlı futbolçu bu mövsüm “Çelsi”nin heyətində 46 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə edib. Rüdigerin “Çelsi” ilə müqaviləsi bu yay başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR