Kərim qol vurdu, "Real" əzmkar qələbə qazandı, liderliyini möhkəmləndirdi - VİDEO

18 Aprel 2022 01:30 İspaniya 696
Kərim qol vurdu, "Real" əzmkar qələbə qazandı, liderliyini möhkəmləndirdi - VİDEO

İspaniya La Liqasında XXXII turun mərkəzi görüşü "Sevilya" və "Real" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "Ramon Sançes Pisxuan" stadionunda təşkil olummuş qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

İlk iki qolu meydan sahiblərindən İvan Rakitiç 21-ci və Erik Lamela 25-ci dəqiqədə vurub.

"Kral klubu" ikinci hissədə geridönüş etməyi bacarıb. Fasilədən dərhal sonra meydana çıxan Rodriqo 50-ci dəqiqədə fərqi azaldıb.

83-cü dəqiqədə Naço Fernandes bərabərlik, 90+2-ci dəqiqədə isə Kərim Benzema qələbə topuna imza atıb.

Bununla da xalını 75-ə çatdıran "Real" liderliyini möhkəmlədib.

"Sevilya" isə "Barselona" ilə birgə 60 xalla 2-3-cü yerləri bölüşür. Lakin Kataloniya komandasının ehtiyatda 2 oyunu var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR