"Bizim üçün çox pis axşam idi., amma məğlubiyyətdən tez sağaldıq"

17 Aprel 2022 10:00 İspaniya 985
"Bizim üçün çox pis axşam idi., amma məğlubiyyətdən tez sağaldıq"

“Real”ın qapıçısı Tibo Kurtua açıqlama verib.

Sportinfo.az xəbər verir ki, belçikalı qolkiper “Real”ın İspaniya çempionatının 29-cu turunda “Barselona”ya məğlubiyyətinin (0:4) təsadüf olduğunu bildirib:

“Bizim üçün çox pis axşam idi. Amma məğlubiyyətdən tez sağaldıq, çünki uzun müddət belə oyunlar haqda düşünməmək daha yaxşıdır.

Əlbəttə ki, üzülürəm. Ancaq sonrakı nəticələrimizə görə “Barsa”ya məğlubiyyətin təsadüfi olduğu aydındır”.

“Real” 31 oyundan sonra 72 xalla La Liqada liderdir. “Barselona” isə 30 oyundan sonra 60 xalla ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR