"Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç bu yay komandadan ayrıla bilər.
Sportinfo.az xəbər verir ki, xorvatiyalının xidmətində "Yuventus" və Qətərin adı açıqlanmayan komandası maraqlanır.
Hər iki klubun ona 2 illik müqavilə təklif etdiyi bildirilir.
36 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi bu yay başa çatır. Lakin yaxın vaxtlarda tərəflərin, əməkdaşlığı davam etdirmək üçün danışıqlara başlayacağı haqda məlumat yayılıb.
Modriç bu mövsüm klubun heyətində bütün turnirlərdə meydana çıxdığı 37 oyunda 3 qol vurub və 9 məhsuldar ötürmə edib.

