"Barselona"nın direktoru Mateu Alemani "Bavariya"nın hücumçusu Robert Levandovskini almaq istədikləri ilə bağlı yayılan məlumata münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Mateu Levandovski ilə maraqlandıqları barədə konkret fikir bildirməyib, amma jurnalistləri ittiham edib:
“Levandovskiyə böyük hörmətlə yanaşırıq, o, klubu üçün çox vacib oyunçudur. Amma biz jurnalist spekulyasiyası dünyasında yaşayırıq.
Onu deyə bilərəm ki, onunla heç bir razılaşmamız yoxdur. Əgər hansısa futbolçu ilə maraqlanırıqsa, onun klubu ilə danışarıq”.
Yayılan məlumatda bildirilirdi ki, “Barsa” polşalı futbolçunu almaqda ciddidir və ona hər il vergilərdən əlavə, təxminən 40 milyon avro ödəməyə hazırdır.

