Azərbaycanlı futbolçu İspaniya klubu ilə anlaşdı

14 Aprel 2022 02:20 İspaniya 1 022
Azərbaycanlı futbolçu İspaniya klubu ilə anlaşdı

İspaniyada oynayan azərbaycanlı futbolçu Orxan Əliyev klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a daxil olan məlumata görə, 2004-cü il təvəllüdlü futbolçu "Damm"dan ayrılıb.

Yarımmüdafiəçi "Unio Yabas Terrassa" ilə anlaşıb.

​Bir müddətdir ki, zədəli olan futbolçu artıq müalicəsini başa vurub və İspaniyaya qayıdıb.

10 yaşından “Marset” akademiyasında futbolun sirrlərini öyrənməyə başlamış Əliyev İspaniyada “Kornie”, “Hospitalite” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti