"Maddi baxımdan çətin vəziyyətdəyik, çox diqqətli olmalıyıq”

11 Aprel 2022 10:20 İspaniya 616
"Maddi baxımdan çətin vəziyyətdəyik, çox diqqətli olmalıyıq”

“Barselona”nın baş məşqçisi Xavi klubun yay transfer pəncərəsində futbolçu alıb-almayacağını bildirib.

Sportinfo.az xəbər verir ki, Xavi transfer məsələlərində diqqətli olmalı olduqlarını deyib:

“Biz əvvəlki kimi, maddi baxımdan çətin vəziyyətdəyik. Maliyyə limiti, maliyyə həddi var və biz onu aşmaq üçün burada deyilik.

Yaxşı komandamız var. Növbəti mövsüm üçün də komanda üzərində işləyirik. Klubun prezidenti mənim prioritetlərimdən xəbərdardır. Amma çox diqqətli olmalıyıq”.

“Barselona” 29 matçdan 57 xal toplayıb və La Liqada 2-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR