İspaniya La Liqasının XXXII turunda keçiriləcək "Real Sosyedad" - "Betis" matçı "Tik-Tok"da canlı yayımlanacaq.
Sportinfo.az xəbər verir ki, görüş 4k keyfiyyətlə sosial şəbəkədə yayıma veriləcək.
"Real Sosyedad" - "Betis" matçı Avropanın 5 böyük liqasında "Tik-Tok"da yayımlanacaq ilk matç olacaq.
Aprelin 15-də keçiriləcək oyun saat 23:00-da başlayacaq.

