Barselona"nın baş məşqçisi Xavi Usman Dembele haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Xavi Dembelenin son vaxtlar çox artırdığını, nizam-intizama fikir verdiyini bildirib.
O, hücumçunun “Barsa” sistemində vacib element olduğunu deyib, amma onun komandada qalmasının özündən asılı olmadığını da vurğulayıb:
“Dembele "Barselona"nın oyun sistemində vacib elementdir. Ümid edirəm ki, qalmağa qərar verəcək.
Onu saxlaya bilsək, növbəti mövsüm ən yaxşı komanda olacağıq.
Dembeledə dəyişiklik hiss etdirəm? İndi o, məşq prosesinə münasibət və iştirak baxımından nümunəvi futbolçudur.
Onu son dərəcə motivasiyalı, çox xoşbəxt və qələbəyə həvəsli görürəm. Hətta tətil günlərində də məşqə gəlməsi mənim üçün təəccüblü deyildi.
Dembele ilə müqaviləni uzadacağıq? Hər şeyi danışıqlar göstərəcək. Klub mənim prioritetlərimi bilir və onların həyata keçirilməsi üzərində işləyir.
İmkanım olsaydı, Dembele ilə yeni müqavilə bağlayardım. Bununla belə, etiraf edim ki, maliyyə vəziyyətimiz yaxşı deyil. Amma klub çalışır ki, Usmanla müqavilə bağlansın”.

